Pərviz Abdullayevdən yubiley qələbəsi

saytların hazırlanması

Evə çatdırılma

Pərviz Abdullayevdən yubiley qələbəsi

İdman

27 İyun 2021 15:59 1071


Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.

Yenisabah.az xəbər verir ki, o, Türkiyənin İstanbul şəhərində təşkil olunan “Akın döyüş arenası”nın iştirakçısı olub.

İdmançımız braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə qarşılaşıb. pizza

77 kq çəki dərəcəsində mübarizə aparan Pərviz bu döyüşdən qələbə ilə ayrılıb. Təmsilçimiz “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutan qarşılaşmada cənubi amerikalı rəqibini məğlubiyyətə uğradıb.

Bu, peşəkar səviyyədə 56-cı döyüşünü keçirən Abdullayevin 50-ci qələbəsi olub./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!