Xəbər verdiyimiz kimi, kikboks üzrə dünya çempionu Pərviz Abdullayev Türkiyənin məşhur “Survivor” yarışmasında iştirak edəcək.
“Yeni Sabah” xəbər verir ki, bu gün yarışmanın ilk anonsu yayımlanıb. "Qəbələ"li idmançının Acun İlıcalının rəhbəri və aparıcısı olduğu yarışmada "Məşhurlar" komandasında yer alacağı dəqiqləşib.
“Survivor” fevralın 16-da TV8-də yayıma başlayacaq. Oyun Dominikanda baş tutacaq. Sezar pizza
Xatırladaq ki, Pərviz Abdullayevin komandasında “Arka sokaklar” serialında Murad obrazını canlandıran Uğur Pektaş, “Master Chef” yarışmasının iştirakçısı Yasin Obuz, sosial media fenomeni Cemal Can, aktyor Ersin Korkut, müğənni Əmrahın oğlu Tayfun Ərdoğan, futbolçu Sercan Yıldırım da yer alacaq.
Telegram kanalımız