Pərviz "Survivor"da xilaskara çevrildi – Komandasını aclıqdan qurtardı + Video

saytların hazırlanması

Evə çatdırılma

Pərviz "Survivor"da xilaskara çevrildi – Komandasını aclıqdan qurtardı + Video

İdman

19 Fevral 2020 12:31 1005


Azərbaycanlı idmançı, kikboks üzrə dünya çempionu Pərviz Abdullayevin də yer aldığı "Survivor" yarışmasınün üçüncü günü də geridə qalıb. "Yeni Sabah" xəbər verir ki, yarışmanın növbəti günündə idmançımız komandası üçün "xilaskar"a çevirilib. "Məşhurlar" komandasının üzvü 3 məğlubiyyətlə yemək mükafatını itirən heyət üzvlərini aclıqdan xilas etməyi bacarıb. Belə ki, mükafat oyununda "Kobra" "Könüllülər"in üzvü Yasin Obuzla yarışıb. Hesabın 3-dən olduğu "Parkur" yarışında Pərviz 4 qarşılaşmanın üçündə qələbə əldə edib. Amma "Məşhurlar"rın xanım üzvü Elif "Könüllülər"in iştirakçısı Məryəmə 3:0 hesabla uduzub. Belə olduqda yenidən bütün məsuliyyət Pərvizin üzərinə düşüb. İdmançımız bayraq yarışında rəqibinə qalib gələrək komandasını xilas edib. https://www.youtube.com/watch?v=kqf3K1qL5fs&fbclid=IwAR3y97sXNL2kp1pV3iMJxUjQxqQ6jE9MIh9JKbZ7u7_xjudwPZFN2z7n0LA
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!