Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev "Survivor all star" yarışmasından ayrılması haqda yazıb.
Yenisabah.az xəbər verir ki, idmançı ayağındakı problemə görə yarışmada davam edə bilmədiyini vurğulayıb:
"İlk dəfə birləşmə ərəfəsində uzaqlaşdırıldığım üçün çox üzülmüşdüm. Bu dəfə hədəflərimə çatacağımı düşünsəm də, ancaq ayağımdakı problemə görə vida etmək məcburiyyətində qaldım. Çünki performansıma çox mane olurdu. Çətin "Survivor" ərəfəsində yaxşı dostlar qazandım. Bir-birimizə dəstək olduq. Çətin ərəfədə bacardığım qədər sevənlərimi qürurlandırmaq istədim. Bacardığıma inanıram. Bunun quymətləndirilməsi isə sizin ixtiyarınızdadır. Məni bu ərəfədə dəstəkləyən hər kəsə təşəkkür edirəm". Toyuqlu pizza
Qeyd edək ki, Pərviz Dominikanda baş tutan yarışmaya ehtiyatda olan iştirakçı kimi qatılmışdı
Telegram kanalımız