Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlandı

Sosial

04 Sentyabr 2025 17:14 313


Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 4 - 10 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Toyuqlu pizza

Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumən 44 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 19 292 nəfərdən 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!