Peşəkar Futbol Liqasının prezidenti palataya köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Peşəkar Futbol Liqasının prezidenti palataya köçürüldü

Hadisə

24 Dekabr 2023 15:12 550


Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov palataya köçürülüb.

Bu barədə AZƏRTAC-a Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, funksionerin reanimasiyadakı müalicəsi başa çatıb. Dominos pizza

Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan əməkdaşlarından icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev evə buraxılıblar. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin müalicəsi isə xəstəxanada davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!