Peskov Bakıdakı həbslərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Peskov Bakıdakı həbslərdən danışdı

Dünya

01 İyul 2025 14:35 4899


Kreml rusiyalı jurnalistlərin Azərbaycanda saxlanmasını “son dərəcə emosional reaksiya” adlandırıb və onların yaxın vaxtlarda azad ediləcəyinə ümid etdiyini bildirib.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib:

"Əlbəttə, jurnalistlərimizin saxlanması ilə bağlı məlumatı diqqətlə izləyirik. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə birbaşa təmaslar vasitəsilə onların azadlığa buraxılmasını təmin edə biləcəyik". pizza

Peskov vurğulayıb ki, “söhbət konkret olaraq jurnalistlərdən gedir”.

“KİV nümayəndələrinə qarşı bu cür tədbirlər ümumi qəbul edilmiş qayda və normalara və təbii ki, Rusiya-Azərbaycan münasibətlərinin ruhuna və xarakterinə uyğun gəlmir”.

Kreml sözçüsü əlavə edib: “Ümid edirik ki, bu hədsiz emosional reaksiya birbaşa ünsiyyətlə əvəzlənəcək və bu zaman bütün suallara cavab veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!