Kreml “əl əli yuyar” təklifini rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Kreml “əl əli yuyar” təklifini rədd etdi

Dünya

23 Mart 2026 13:55 469


Kreml Rusiyanın guya ABŞ-nin Ukrayna ilə bu cür məlumatları paylaşmağı dayandıracağı təqdirdə İranla kəşfiyyat məlumatlarını paylaşmamağı təklif etməsi barədə məlumatı "yalan" adlandırıb.

"Yeni Sabah" xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:

"Bu məlumat yalan, daha doğrusu, yalan kateqoriyasına aiddir". Dördpendirli pizza

"Politico" nəşri mənbələrə istinadla xəbər vermişdi ki, Mayamidə ABŞ Prezidentinin elçisi Stiv Uitkofla görüş zamanı Rusiya xüsusi nümayəndəsi Kirill Dmitriyev guya belə bir təklif irəli sürüb: Rusiya Yaxın Şərqdəki ABŞ qoşunları haqqında kəşfiyyat məlumatlarını verməyi və bunun müqabilində Vaşinqton Kiyevə Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını verməyi dayandıracaq. Nəşrin məlumatına görə, ABŞ bu təklifi rədd edib.

Dmitriyevin özü "Politico"nun "X" hesabında ingilis dilində "Fake - "Saxta" şərhi yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!