Peskov: Hazırda Putin və Əliyevin telefon söhbəti gündəlikdə yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Peskov: Hazırda Putin və Əliyevin telefon söhbəti gündəlikdə yoxdur

Siyasət

30 İyun 2025 14:03 311


Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon söhbəti hazırda planlaşdırılmır.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda gündəlikdə Vladimir Putin ilə İlham Əliyev arasında söhbət yoxdur, lakin lazım olarsa, bu, ən qısa müddətdə baş tutacaq", - o qeyd edib. pizza hut

D. Peskov Yekaterinburqdakı hadisələri şərh edərkən Moskvanın Bakı ilə yaxşı münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

O vurğulayıb ki, Kremldə Azərbaycan hökumətinin Rusiya ilə münasibətlərə dair qəbul etdiyi qərarlardan təəssüflənirlər.

Peskov əlavə edib ki, hüquq-mühafizə orqanlarının işi demarşlar üçün səbəb olmamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!