Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı əməkdaşlığa dair sənədlər paketinin imzalanması planlaşdırılır.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O xatırladıb ki, bu gün Paşinyan Rusiya lideri Vladimir Putinlə görüşü planlaşdırılıb və görüş işgüzar səhər yeməyi formatında davam edəcək. Marqarita pizza
“Sonra Paşinyan Rusiya hökuməti səviyyəsində çox intensiv təmaslar planlaşdırır. Orada bütün sənədlər paketi imzalanacaq”, - deyə Peskov əlavə edib.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti daha əvvəl qeyd edib ki, Paşinyan səfər zamanı rusiyalı həmkarı Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşlər keçirməyi planlaşdırır.
Telegram kanalımız