Peskov: Putin İranla vasitəçiliyə hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Peskov: Putin İranla vasitəçiliyə hazırdır

Dünya

05 İyun 2025 14:36 333


Putinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin lazım gəldikdə İranın nüvə proqramı üzrə İran-ABŞ danışıqlarına qoşulmağa hazır olacağını bildirib.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, o həm Tehran, həm də Vaşinqtonla dialoqun müxtəlif kanallar vasitəsilə davam etdiyini bildirib:

"Ona görə də lazım olanda prezident, Rusiya tərəfi də qoşula biləcək. Bizim Tehranla sıx tərəfdaşlığımız var və təbii ki, prezident Putin bildirib ki, İranın nüvə dosyesi probleminin həlli üçün gedən danışıqları asanlaşdırmaq və ona töhfə vermək üçün Tehranla bu səviyyəli tərəfdaşlıqdan istifadə etməyə hazırıq”. Sezar pizza

Bir gün əvvəl Rusiya prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ prezidenti Donald Tramp Putinlə söhbətində İranla nüvə proqramı üzrə danışıqlarda köməyə görə Rusiyaya minnətdar olacağını vurğulayıb.

Tramp eyni söhbəti şərh edərkən deyib ki, Putin bu mövzuda müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!