Peskov təsdiqlədi: “Paşinyan Putinə gecə zəng edib“

saytların hazırlanması

Evə çatdırılma

Peskov təsdiqlədi: “Paşinyan Putinə gecə zəng edib“

Rəsmi

16 Sentyabr 2022 11:37 1430


Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan gecə saatlarında telefonla danışıb.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov danışıb:

"Putin hazırda Səmərqənddədir. Cümə axşamı o, Çin prezidenti ilə danışıqlar da daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirib. Cümə günü Səmərqənddə ŞƏT sammiti keçirilir və həmin gün Rusiya liderinin Türkiyə prezidenti, Hindistanın baş naziri və Azərbaycan prezidenti ilə görüşü nəzərdə tutulub". pizza hut

"Həqiqətən də, gecə saatlarında telefon danışığı olub", - deyə Peskov Paşinyan-Putin danışığını təsdiqləyib.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Putin və Paşinyan telefonla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!