Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

Siyasət

30 İyun 2025 14:51 3172


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Rusiya Federasiyası ilə bağlı mədəni tədbirləri ləğv etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 Sfera.az bu barədə “Gazeta.ru”ya istinadən xəbər verir.

 “Biz bu cür qərarlara ürəkdən təəssüflənirik. Azərbaycan tərəfinin fikrincə, bu cür demarşlara səbəb olmuş hadisələrin səbəblərini və mahiyyətini izah etmək üçün işlərin davam etdirilməsi vacibdir”,-deyə Peskov qeyd edib. Marqarita pizza

 Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı məsələlər belə bir reaksiyaya səbəb ola bilməz və olmamalıdır.

“Biz Azərbaycanla yaxşı münasibətləri daha da inkişaf etdirməkdə maraqlıyıq”,– deyə Kremlin sözçüsü əlavə edib.

 Peskov həmçinin bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putinin gündəliyində Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı nəzərdə tutulmur. Bununla belə, zərurət yaranarsa, belə bir söhbətin qısa müddətdə təşkil edilə biləcəyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!