Petr Çex meydana qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Petr Çex meydana qayıdır

İdman

13 Dekabr 2020 16:26 1346


Çexiya millisinin sabiq qapıçısı Petr Çex yenidən meydana çıxa bilər.

Yenisabah.az xəbər verir ki, hazırda “Çelsi”nin texniki müşaviri olan 38 yaşlı veteran London təmsilçisinin əvəzedici komandasında şans qazanmaq imkanı əldə edib.

Klubun U-23 komandası sabah “Tottenhem”lə keçiriləcək görüşdə qapıçı problemi ilə üzləşib. Əsas qolkiper Lukas Berqstryom dünən U-18-in heyətində meydana çıxıb. Onun əvəzləyicisi Karlo Jiqer isə əsas komandanın hazırlıqlarında iştirak edir. Bu üzdən də karyerasını ötən il başa vuran, amma bu ilin oktyabrında adı əsas komandanın iştirak ərizəsinə daxil edilən Çexin əvəzedicilərin heyətində meydana çıxması zərurəti yaranıb. pizza mizza

Qeyd edək ki, Çex 2004-15-ci illərdə “Çelsi”də oynayıb. O, bu müddətdə 15 titul, o cümlədən Çempionlar Liqası və 4 Premyer Liqa çempionluğu qazanıb. /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!