Petrosyan Paşinyan iqtidarını “atəşə tutdu”

saytların hazırlanması

Evə çatdırılma

Petrosyan Paşinyan iqtidarını “atəşə tutdu”

Dünya

12 Noyabr 2020 11:02 1280


“Hakim “Mənim Addımım” parlament frasksiyasının bəyanatı göstərir ki, mövcud iqtidar hələ də Qarabağın və Ermənistanın başına hansı bəlanı gətirdiyinin fərqinə varmayıb”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan deyib.

Onun fikrincə, bəyanat həm də hakimiyyətin daxili siyasi böhranı konstitusiya yolu ilə həllini rədd edir. “Hakimiyyət faktiki olaraq qarşıdurmanın dərinləşməsi kursunu götürüb. Bu, onların iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil”, - deyə Petrosyan bildirib. Pepperoni pizza

Ermənistan müxalifəti parlamentin təcili iclasının keçiriməsini və Qarabağla, eyni zamanda Ermənistanda yaranmış siyasi böhranla bağlı müzakirələrin aparılmasını tələb edir. Lakin hakim “Mənim Addımım” fraksiyasının deputatları bunun əleyhinə bəyanat yayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!