Dünya ölkələrində yoluxma əleyhinə başladılan vaksinasiya prosesi gözlənilən nəticələri verməyib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, "AstraZeneca" peyvəndinin vurulması zamanı artan ölüm halları səbəbilə 10 ölkədə bu peyvəndin istifadəsi dayandırıldığı bildirilir. Belə ki, peyvənddən sonra dünyasını dəyişənlər qan laxtalanmasından vəfat edtiyi iddia olunur.
Ümumdünya Səhiyyə Təşkilatının sonuncu iclasında ölümlərin səbəbinin araşdırılacağı və ictimaiyyətə çatdırılacağını bildirilib. ÜST-ün baş direktoru Tedros Adhanom, peyvəndlər ölkələrdə tətbiq edilməyə başladıqca ÜST-ün təhlükəsizlik məsələlərini yaxından izlədiyini, Astra-Zeneca mövzusunda bildirilən qan laxtalanması hallarını araşdırdıqlarını vurğulayıb. pizza
Covid-19 peyvənd rəqəmlərindən və ölüm rəqəmlərindən bəhs edərkən Adhanom, peyvəndin nə qədər vacib olduğunu deyib və peyvənd səbəbindən hər hansı bir ölüm hanının müəyyən edilmədiyini də vurğulayıb.
Telegram kanalımız