Peyvənd olunan prezident koronavirusa yoluxdu -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd olunan prezident koronavirusa yoluxdu - Foto

Dünya

30 Mart 2021 15:36 731


Pakistanda koronavirusa yoluxanların və virus səbəbilə həyatını itirənlərin sayı günbəgün artır.

Yenisabah.az xəbər verir ki, ölkə Prezidenti Arif Alvinin peyvənd olunduqdan 10 gün sonra koronavirus testi pozitiv çıxıb.

Bu barədə Prezident sosial şəbəkə hesabında paylaşım edib: Dominos pizza

“Allah koronavirusa yoluxan hər kəsə mərhəmət etsin. Peyvəndin birinci dozası vuruldu. Ancaq bir həftə ərzində tətbiq olunmalı olan ikinci dozadan sonra antikorlar yaranır. Xahiş edirəm, diqqətli olun”.

Xatırladaq ki, bundan əvvəl ölkənin Baş naziri İmran Xanın peyvənd olunduqdan bir neçə gün sonra virusa yoluxduğu məlum olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!