Peyvənd olunmayanlar ölkəni tərk edə bilməyəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd olunmayanlar ölkəni tərk edə bilməyəcəklər

Dünya

22 May 2021 23:12 2113


Koronavirusa (COVİD-19) qarşı peyvənd olunmayan Küveyt sakinləri artıq ölkəni tərk edə bilməyəcəklər.

Yenisabah.az xəbər verir ki, əmirlik hökumətinin müvafiq fərmanı bu gün qüvvəyə minib.

Küveyt KUNA xəbər agentliyinin verdiyi məlumata əsasən, xaricilər və əmirlik vətəndaşları ölkədən çıxmaq üçün qeydiyyatdan keçmiş dörd vaksindan biri ilə peyvənd olunmalıdır - Pfizer, AstraZeneca, Moderna, yaxud Johnson & Johnson. pizza hut

18 yaşadək sakinlər, hamilə qadınlar, xarici diplomatik nümayəndəliklərin üzvləri, habelə sağlamlıq səbəbi ilə peyvənd ala bilməyənlər şəxslər qadağadan azad olunur.

Ölkəni tərk etmək üçün onlara yerli Səhiyyə Nazirliyindən müvafiq təsdiqedici sənəd almaları lazımdır./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!