Peyvənd sayəsində dünyanın ən zəngin 500 adamından biri oldu

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd sayəsində dünyanın ən zəngin 500 adamından biri oldu

Dünya

04 Dekabr 2020 12:13 1006


Türk əsilli həkim-immunoloq, onkoloq, sahibkar və "BioNTech SE" biotexnoloji şirkətin həmtəsisçi Uğur Şahin ilk dəfə dünyanın 500 ən zəngin insanı siyahısına daxil olub.

Yenisabah.az xəbər verir ki, Böyük Britaniyanın bu həftə "BioNTech SE" və "Pfizer Inc." şirkətlərinin birgə yaratdığı COVID-19 infeksiyasına qarşı peyvəndin istifadəsinin təsdiqlənməsindən sonra "BioNTech SE"nin səhmlərinin dəyəri 8%, ilin əvvəlindən isə 250% artıb.

"Bloomberg Billionaires Index"ə görə, Uğur Şahin hazırda dünyanın ən zəngin 500 adamı siyahısında 493-cü yerdədir. Onun xalis sərvəti 5,1 mlrd. ABŞ dolları təşkil edir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!