Peyvənd vurulan nazir xəstəxanalıq oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd vurulan nazir xəstəxanalıq oldu - Foto

Dünya

10 Mart 2021 00:21 1370


Avstraliyanın Səhiyyə naziri Qreq Hant koronavirusa qarşı “AstraZeneca” ilə vaksinasiyadan sonra xəstəxanaya yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Vaksin vurulan nazirin bir neçə gün sonra naməlum infeksiya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilir. Pepperoni pizza

Nazirdə hansı simptomların olduğu deyilməsə də, onun antibiotiklər qəbul etdiyi və gecə nəzarət üçün xəstəxanada qalacağı məlumdur.

“Nazirin tam sağalmağı gözlənilir. Onun vəziyyətinin vaksinlə əlaqəli olmadığı hesab edilir”, - deyə nümayəndələri qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!