Pezeşkian: ABŞ ilə dialoqa hazırıq

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian: ABŞ ilə dialoqa hazırıq

Dünya

26 Sentyabr 2024 17:41 393


İranın dialoqla bağlı problemi yoxdur, lakin ABŞ lap əvvəldən JCPOA-ya (nüvə sazişi) əməl etməyib.

Yenisabah.az xəbər verir ki, bunu "AL Jazeera"ya müsahibəsində İran prezidenti Məsud Pezeşkian bildirib.

O əlavə edib: "ABŞ lap əvvəldən JCPOA-ya əməl etməyib. Amerika nə vaxt bizimlə dürüstlük əsasında danışmaq istəsə, bizim dialoqla heç bir problemimiz yoxdur. Amma hazırda qarşı tərəfdə lazımi dürüstlük görmürük". Dördpendirli pizza

Pezeşkian Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə Tehranın hərbi cavabına dair deyib: "Sionist rejimin təcavüzü və şəhid Həniyənin qətlinə cavab verilmə vaxtını müəyyən edəcəyik, lakin bunu açıqlamaq fikrində deyilik. Amerikanın dəstəyi ilə İsrail bölgəni xaosa sürükləmək və onu düşdüyü tələdən xilas etmək üçün müharibəyə getməyə hazırdır. İslam ölkələri ilə birliyə nail olmalıyıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!