Pezeşkian: Ali Rəhbərin amerikalı investorlara etirazı yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian: Ali Rəhbərin amerikalı investorlara etirazı yoxdur

Dünya

09 Aprel 2025 15:51 154


“Biz atom bombası axasınca getmirik. Bu ölkəni Ali Rəhbərdən başqa kim idarə edə bilər? O, rəsmi olaraq atom bombası hazırlamağın haram olmasına dair fətva verib. Amma onlar (Qərb - red.) daim İranın atom bombası axtarışında olduğunu iddia edirlər".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

O, sözünə bu sözlərlə davam edib: “Biz müharibə tərəfdarı deyilik, lakin hər bir təcavüzə qarşı bilik və qüvvətlə möhkəm dayanacağıq. Nə qədər çox vursalar, nə qədər hədələyirlərsə, bir o qədər güclənirik. Sezar pizza

Mən hər həftə Ali Rəhbərin xidmətində oluram. Ali Rəhbərin ölkədəki amerikalı investorlara etirazı yoxdur. Qoy sərmayə qoysunlar. Onların konspirasiyası və yanlış siyasətləri ilə bağlı problemimiz var. İran sui-qəsd yeri deyil. Onlar məlumat alır, sonra da insanlara sui-qəsd edirlər.

Rəhbərlik danışıqlara hazır olduğumuzu söylədi, lakin birbaşa deyil, etibar etmədiyimiz üçün. Biz vasitəçilər hesabına və ləyaqətlə danışıqlar aparırıq. Nüvə bombası axtarmadığımıza dair hər cür zəmanət verəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!