Pezeşkian Belarusa səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian Belarusa səfər edəcək

Siyasət

10 İyun 2025 23:44 384


İran Prezidenti Məsud Pezeşkian bu ayın sonunda Belarusa rəsmi səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov tələbələrlə görüşündə deyib.

"Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının 26-27 iyunda keçiriləcək iclası çərçivəsində İran prezidentinin ölkəmizə səfəri olcaq. Onun iqtisadi forumda iştirakı həm də rəsmi səfəri ilə birləşdiriləcək", - Belarus XİN rəhbəri bildirib. Sezar pizza

Onun sözlərinə görə, Tehran və Minsk bir çox beynəlxalq məsələlərə eyni gözlə baxır. Bundan əlavə, İran Belarus üçün logistika və Belarus mallarının çatdırılması baxımından vacibdir.

"Biz İrandan keçən Şimal-Cənub Dəhlizinin inkişafını yaxından izləyirik, çünki ümid edirik ki, bu, bizim mallarımızı həm Hindistan, həm də Cənub-Şərqi Asiyaya çatdırmaq imkanlarımızı artıracaq", - nazir əlavə edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!