Pezeşkian: Əgər kimsə bizə müxalifdirsə...

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian: Əgər kimsə bizə müxalifdirsə...

Dünya

13 İyul 2025 18:58 438


Əgər kimsə bizə qarşıdırsa, bu o demək deyil ki, düşmənimizdir.

Yenisabah.az ilna-ya istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.

“12 günlük müharibədə qıtlıq və digər problemlərin yaranması, yəni ölkədə etiraz zəmininin yaradılması nəzərdə tutulurdu. Amma xalq öz tələb və narazılıqlarını gizlətdi ki, düşmən bundan istifadə edə bilməsin. Biz xalqın dəstəyini dəyərləndirməli və inanmalıyıq ki, inancından, etnik mənsubiyyətindən, irqindən, dilindən və cinsindən asılı olmayaraq bütün insanlar iranlıdır və İrana dərin mənsubluq hissi keçirirlər", - deyə Pezeşkian vurğulayıb. pizza

O əlavə edib: "Fərqli və müxalif fikirləri dəqiq başa düşmək zəruridir. Əgər kimsə bizimlə razılaşmırsa, bu o demək deyil ki, düşmənimizdir! Fikrimizi başqalarına məcburi qəbul etdirməyə haqqımız yoxdur. 12 günlük müharibə zamanı şahidi olduq ki, hətta bizə müxalif olan insanlar İranı vətən hesab etdikləri üçün sionist rejimin əleyhinə mövqe nümayiş etdirdilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!