Pezeşkian Ərdoğana: Qafqazda xarici hərbi mövcudluq qəbuledilməzdir

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian Ərdoğana: Qafqazda xarici hərbi mövcudluq qəbuledilməzdir

Dünya

02 Sentyabr 2025 10:15 325


Çində keçirilən ŞƏT sammiti çərçivəsində keçirilən danışıqlarda İran və Türkiyə prezidentləri Məsud Pezeşkian və Rəcəb Tayyib Ərdoğan da Ermənistan və Azərbaycan arasında əldə olunan son razılaşmaları müzakirə ediblər.

Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, İran prezidenti Ermənistan və Azərbaycan arasında regionda sülhün sabitləşməsinə yönəlmiş sazişləri dəstəklədiyini bildirib və Qafqazda istənilən xarici hərbi mövcudluğa qarşı çıxıb.

Ərdoğan da öz növbəsində “İraqda siyasi sabitliyin vacibliyini bir daha vurğulayaraq, Qafqazda sülhün sabitləşdirilməsi ilə bağlı Azərbaycan və Ermənistan liderləri ilə davam edən məsləhətləşmələrin vacibliyini qeyd edərək, Qəzzada kütləvi qırğınlara və cinayətlərə son qoymağa çağırıb”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!