Pezeşkian: Hacı ağa, o artıq ölüb! -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian: Hacı ağa, o artıq ölüb! - VİDEO

Dünya

19 Fevral 2026 14:09 387


İran Prezidenti Məsud Pezeşkianın Lorestan əyalətində keçirtdiyi görüşdə gülüş doğuran məqam olub.

"Yeni Sabah" xəbər verir ki, əyalətdə Ali Rəhbərin nümayəndəsi höccətülislam Seyid Əhmədrza Şahruxi administrasiya başçısına müraciətlə deyib:

"Bizim əyalət ürək, qaraciyər və ağciyər nəqlinə ehtiyacı olan və eyni zamanda, koronavirusa yoluxmuş xəstəyə bənzəyir".  pizza hut

Məsud Pezeşkian replikaya dərhal reaksiya verib: "Hacı ağa, əgər o artıq ölübsə, mən nə etməliyəm?!"

İran Prezidentinin sözləri zalda gülüş doğurub.

"Hələ ölməyib, çünki lor kişiləri kimi, onun cəsur və bacarıqlı insanları var. Bu əyalət mərkəzin dəstəyi ilə, milli kreditlərdən və mərkəzləşdirilmiş resurslardan kifayət qədər və effektiv istifadə ilə həqiqi və layiqli mövqeyinə çata bilər", - deyə Şahruxi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!