Pezeşkian İran xalqına çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian İran xalqına çağırış etdi

Dünya

16 İyun 2025 14:01 4351


İran Prezidenti Məsud Pezeşkian İsraillə davam edən gərginlik fonunda ölkəsinin nüvə silahı istehsal etdiyi ilə bağlı səsləndirilən iddiaları qəti şəkildə təkzib edib.

“Yeni Sabah” xəbər verir ki, Pezeşkian bu bu barədə fikirləri İran parlamentində çıxışı zamanı səsləndirib.

O, İranın nüvə silahı əldə etmək kimi bir planı olmadığını vurğulayıb. Bununla yanaşı, nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun olduğunu bildirib və uranın zənginləşdirilməsinin davam etdiriləcəyini qeyd edib. Dominos pizza

Prezident çıxışında həmçinin xalqı milli həmrəyliyə çağırıb:

“Fərqliliklərimizi bir kənara qoymalı və soyqırım törədən, cinayətlərə imza atan düşmənin qarşısında bir yumruq kimi dayanmalıyıq. Onlar bizi zorakılıqla, ölümlə, sui-qəsdlərlə yolumuzdan döndərə bilməz. Bayrağı yerə düşən hər qəhrəmanın yerinə onu ucaldacaq yüzlərlə yeni qəhrəman yetişir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!