Pezeşkian İrəvana xəbərdarlıq etdi - Xameneyi isə   Zəngəzurla bağlı...

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian İrəvana xəbərdarlıq etdi - Xameneyi isə Zəngəzurla bağlı...

Siyasət

20 Yanvar 2025 20:35 9231


Zəngəzur dəhlizinin açılması İranın maraqlarına cavab vermir.

Yenisabah.az xəbər verir ki, bunu iranlı analitik Xəyal Müəzzin Ermənistan mətbuatına deyib.

Onun sözlərinə görə, İran lap əvvəldən bu dəhlizin açılmasına qarşı çıxıb. Marqarita pizza

Müəzzin bu kontekstdə İranın dini lideri Əli Xameneyinin Ermənistanı dəstəkləyən bəyanatlarını xatırladıb: “İranın ali lideri (Xameneyi) dəfələrlə Ermənistan-İran sərhədlərinin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, bunu “minillik marşrut” (?) adlandırıb”.

Zəngəzur dəhlizinin reallaşmasının regionda gərginliyin artmasına səbəb olub-olmayacağı ilə bağlı suala iranlı analitik belə cavab verib: “İnanmıram ki, bu layihənin həyata keçirilməsi müharibəyə səbəb olsun. Çox güman ki, bu məsələ danışıqlar masası arxasında həllini tapacaq”.

Müəzzin Tehranın Ermənistanın Qərblə yaxınlaşmasını dəstəkləmədiyini iddia edib:

“İran Ermənistanın ABŞ və Qərblə yaxınlaşmasını dəstəkləmir. Qərbin əsas məqsədi öz dağıdıcı planlarını həyata keçirmək üçün Qafqaz regionunda mövcudluğunu gücləndirməkdir. Məsud Pezeşkianın Moskvaya səfəri İran rəhbərliyinin mühüm mesajı ilə müşayiət olundu: region xarici oyunçular tərəfindən deyil, bölgə ölkələri tərəfindən idarə olunmalıdır. Ermənistan Qərblə onun suverenliyinə xələl gətirə biləcək yaxınlaşma təhlükəsini dərk etməlidir”./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!