Pezeşkian İslam ölkələri arasında sərhədlərin ləğvini təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian İslam ölkələri arasında sərhədlərin ləğvini təklif etdi

Siyasət

12 Sentyabr 2024 00:28 703


İran Prezidenti Məsud Pezeşkian Avropa İttifaqı ölkələrindən nümunə götürərək, İslam ölkələri arasında sərhədlərin ləğvini təklif edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tashim News Agency" məlumat yayıb.

Pezeşkian bu fikri Bağdada rəsmi səfəri zamanı irəli sürüb. O vurğulayıb ki, İran və İraq arasında uzunmüddətli dostluq tarixi var və bu dostluq gələcək islam dövlətləri birliyinin əsasını təşkil edə bilər. pizza mizza

Pezeşkianın sözlərinə görə, ölkələrin birləşməsi xarici sanksiyaları zərərsizləşdirəcək və həmçinin "sionist terrorizmi" ilə mübarizəyə kömək edəcək. Bundan əlavə, siyasi, iqtisadi, sosial və mədəni əlaqələri gücləndirəcək.

İraq prezidenti Əbdül Lətif Rəşid buna cavab olaraq deyib ki, İslam dünyası ölkələri ticarətdə ABŞ dollarından istifadəni dayandırmalıdırlar. O, həmçinin İranla müxtəlif məsələlərdə əməkdaşlığın genişləndirilməsini alqışlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!