İran prezidenti Məsud Pezeşkian yaxın keçmişdə İsrail hərbçilərinin onu öldürməyə cəhd etdiyini bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, Bazar ertəsi yayımlanan, amerikalı jurnalist Taker Karlsonun verdiyi müsahibədə danışıb.
O, sualı cavablandırarkən deyib: "Bəli, onlar bunu etməyə çalışdılar". Toyuqlu pizza
İran prezidenti deyib ki, Tehran Yaxın Şərqdə sülh istəyir və Vaşinqtonla bütün fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə hazırdır, lakin İsrail hakimiyyəti bunun əleyhinədir.
"İnanıram ki, ABŞ-la münaqişələrimizi dialoq yolu ilə asanlıqla həll edə və fikir ayrılıqlarını aradan qaldıra bilərik. Təəssüf ki, Netanyahu bu diplomatik səyləri məhv etdi".
Pezeşkian qeyd edib ki, İran heç vaxt hüquqlarına hörmətdən başqa bir şey istəməyib, eləcə də dinc və sakit yaşamaq, lakin lazım gələrsə, özünü müdafiə etməyə qadirdir.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp həm Yaxın Şərqin problemlərinin həllinə kömək edə, həm də onu sülhə apara, həm də onu “əbədi müharibələrə buraxa” bilər.
Prezident həmçinin bildirib ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei daha əvvəl ona deyib ki, ABŞ-ın İranda investisiyalarına heç bir qadağa yoxdur.
Telegram kanalımız