Pezeşkian: Paytaxtı Fars körfəsinə köçürək

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian: Paytaxtı Fars körfəsinə köçürək

Dünya

02 Oktyabr 2025 17:30 303


"Mən Ali Rəhbərə təklif etdim ki, paytaxtı Fars körfəzinə köçürək".

Yenisabah.az entekhab-a istinadla xəbər verir ki, bunu İran prezident Məsud Pezeşkian deyib.

"Məsələ media mövzusu olanda bəziləri bu təklifitənqid edirdi, amma bu gün problemləri görüb anlaylar ki, bu təklif seçim yox, tələbdir. Fars körfəzi açıq sulara birbaşa çıxışı və ticarət-iqtisadi əlaqələrin inkişafını təmin edir. Çox firavan və inkişaf etmiş bir bölgə yarada bilərik", - deyə o, fikrini izah edib.  pizza sifarişi

Pezeşkian paytaxtı köçürmənin əsas səbəbini də açıqlayıb: "Tehran, Kərəc və Qəzvin hazırda su böhranı ilə üzləşib və bu böhran asanlıqla həll oluna bilməz. Keçən il yağıntının miqdarı 140 millimetr olub, norma isə 260 millimetrdir, yəni təxminən 50-60 faiz azalma var. Bu il də vəziyyət eyni dərəcədə kritikdir.

Bəndlərdə suyun azalması, bəzi quyuların quruması və suyun başqa ərazilərdən daşınmasının yüksək xərcləri yanaşmanın dəyişdirilməsinə ehtiyac olduğunu göstərir. Ölkənin cənubundan Tehrana su çatdırmaq istəsək, bir kubmetrin qiyməti 4 avroya qədər olacaq.

Bəzi bölgələrdə torpaq ildə 30 santimetrə qədər çökür. Bu, fəlakətdir və ayağımızın altındakı suyun tükəndiyini göstərir. Hətta cənub bölgələrindən su daşımaqla belə bu prosesi davam etdirə bilmərik. Xərclər artacaq və Tehranda həyat qeyri-mümkün olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!