Pezeşkian paytaxtı Tehrandan köçürmək istəyir: “Başqa çarəmiz yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian paytaxtı Tehrandan köçürmək istəyir: “Başqa çarəmiz yoxdur”

Siyasət

08 Sentyabr 2024 20:15 860


İran Prezidenti Məsud Pezeşkian paytaxtın cənuba köçürülməsini təklif edib.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, Pezeşkian bunu iqtisadi məqsədəuyğunluqla əlaqələndirib.

Prezidentin sözlərinə görə, ölkə paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsi zərurəti yaranıb. Marqarita pizza

“Bizim iqtisadi və siyasi mərkəzi ölkənin cənub sahillərinə köçürməkdən başqa çarəmiz yoxdur. Tehran başqa yolla həll edilə bilməyən problemlərlə üz-üzədir. Xammalın cənubdan və sahildən mərkəzə daşınması, hazır məhsulun yaradılması və ixrac üçün yenidən cənuba göndərilməsi bizim rəqabət qabiliyyətimizi xeyli azaldır, – deyə Pezeşkian vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!