Pezeşkian: Qonşu dövlətlərə də demişik...

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian: Qonşu dövlətlərə də demişik...

Dünya

12 İyun 2025 12:01 317


"Ölkənin problemlərini birlikdə həll edəcəyimizə söz veririk. Biz birlikdə problemləri həll edə bilərik. Mən yad adam deyiləm. Dünənə qədər deputat idim, indi prezident oldum, bütün xalqın dəstəyi ilə problemləri həll edəcəyik".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

O, İlam əyalətinə səfəri çərçivəsində ictimaiyyət qarşısında çıxış edərkən qeyd edib: "Çiyinlərimdə hökumətin fəaliyyəti və suverenliyin qorunmasına dair ağır bir yük var. Biz sizə xidmət etməliyik. Ölkənin vəziyyətini dəyişmək üçün əsaslı qərarlar qəbul etməyəə çalışacağıq. Sezar pizza

Biz dünya ilə müharibə etmək fikrində deyilik və dünya ilə danışmaq istəyirik, amma gücə və zorakılığa boyun əyməyəcəyik. Biz bütün ölkələrə qardaşlıq, dostluq əlini uzatmışıq. Qonşu ölkələrə demişik ki, biz qardaşıq, qohumuq. Düşmən isə sərvətlərimizi ələ keçirmək və bizə silah satmaq üçün bizi bir-birimizə qarşı qoymaq istəyir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!