Pezeşkian SÖZ VERDİ: “Davam edəcəyik”

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian SÖZ VERDİ: “Davam edəcəyik”

Siyasət

13 İyun 2025 01:12 1029


İran prezidenti Məsud Pezeşkian deyib ki, Tehran MAQATE-nin “dəhşətli” qətnaməsinə baxmayaraq uranı zənginləşdirməyə davam edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İran əleyhinə qətnamə qəbul etdiyi məlum olub. Rusiya, Çin və Burkina Faso əleyhinə səs verib. Dominos pizza

“MAQATE Rəhbərlər Şurasının qərarı dəhşətlidir, lakin biz uranı zənginləşdirməyə davam edəcəyik”, – Pezeşkian vurğulayıb.

Öz növbəsində, İranın Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə parlament komissiyasının rəsmi nümayəndəsi İbrahim Rezayi bildirib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq imkanını “ciddi” nəzərdən keçirə bilər.

İran əleyhinə qətnamə qəbul edən MAQATE-nin Rəhbərlər Şurası 20 ildə ilk dəfə olaraq İranın nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərini pozduğuna qərar verib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!