Pezeşkian: Trampı öldürmək planımız yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian: Trampı öldürmək planımız yoxdur

Dünya

15 Yanvar 2025 11:06 147


İranın Donald Trampa qarşı terror planı yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu NBC News-a müsahibəsində prezident Məsud Pezekian bildirib.

"Bu, İsrail və digər ölkələrin iranfobiyanı təbliğ etmək üçün hazırladığı  növbəti iddiadır. İran heç vaxt kiməsə sui-qəsd cəhdi etməyib və heç kimi öldürmək planı da yoxdur. Ən azından mənim bildiyim qədər”, - deyə İran prezidenti vurğulayıb. pizza sifarişi

Pezeşkianın sözlərinə görə, Tehran Donald Tramp administrasiyası ilə dialoqa hazırdır.

O, ABŞ-ın keçmişdə öz öhdəliklərini yerinə yetirmədiyini və İran hökumətini devirməyə çalışdığını bildirib: “Problemimiz dialoqda deyil. Məhz dialoq və danışıqlardan irəli gələn öhdəliklərə sadiq qalmaqdır. Biz müharibədən qorxmuruq, amma ona can da atmırıq. Ümid edirəm ki, bu baş verməyəcək, çünki bu, təkcə bizim deyil, bütün aktyorların ziyanına olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!