Pezeşkian Trampın təklifini qəbul edəcək? - İlk bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian Trampın təklifini qəbul edəcək? - İlk bəyanat

Dünya

05 Fevral 2025 11:48 203


İran administrasiyasının sözçüsü Fateme Mohacerani Donald Trampın Məsud Pezeşkianla görüşmə ehtimalı haqqında bəyanatına münasibət bildirib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, o, rəsmi Tehranın xarici siyasətdə 3 prinsipə əməl etdiyini deyib:

"Ləyaqət, yəni ölkənin ləyaqəti və xalqın ləyaqəti, mövcud müdriklik, məsələlərin pərdəarxasını görmək və onlara lazımi diqqət yetirmək. Təbii ki, son prinsip də məqsədəuyğunluqdur. Ölkənin bütün məsələləri, konkret olaraq digər dövlətlərlə münasibətlər bu üç prinsiplə aparılır". pizza sifarişi

Xatırladaq ki, ABŞ prezidenti İrana qarşı sərt siyasət yürütmək istəmədiyini və Məsud Pezeşkianla mümükün görüş zamanı hər iki tərəfə sərfəli müqavilə imzalanacağına ümid etdiyini bildirib.

İran prezidenti hələ ki bu bəyanata şəxsi münasibətini açıqlamayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!