Pezeşkian və Ərdoğan Misirdə görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian və Ərdoğan Misirdə görüşəcək

Siyasət

14 Dekabr 2024 22:22 428


İran Prezidenti Məsud Pezeşkian 19 dekabrda baş tutacaq D8-in toplantısında iştirak üçün Misirə gedəcək.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Middle East News” İrandakı mənbəyə istinadən məlumat yayıb.

Pezeşkianın inkişaf etməkdə olan ölkələrin sammiti çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Toyuqlu pizza

Qeyd edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da 19 dekabrda Misirə səfər edəcəyi barədə məlumat yayılıb. Hər iki liderin sammit çərçivəsində bir araya gələrək, Suriyadakı hadisələri müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, D8-ə Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!