Pezeşkian və Ərdoğan yaxın vaxtlarda görüşə bilər

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian və Ərdoğan yaxın vaxtlarda görüşə bilər

Dünya

29 Mart 2025 19:24 330


Ərdoğan Məsud Pezeşkianı Fitr bayramı münasibətilə təbrik edib.

Yenisabah.az Fars-a istinadla xəbər verir ki, Türkiyə prezidenti iranlı vəzifədaşına zəng edib.

O, həmçinin İran prezidentindən Ayətullah Xamnəiyə təbrik diləklərini çatdırmağı xahiş edib. Dördpendirli pizza

Rəcəb Tayyip Ərdoğan yaxın aylarda İran və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın keçirilməsinə toxunub: "Bu görüşdə iki ölkəni maraqlandıran ikitərəfli, regional və beynəlxalq məsələləri ətraflı müzakirə edə bilərik. Ümid edirəm ki, üzbəüz görüş üçün fürsət yaranacaq, münasibətləri dərinləşdirmək və möhkəmləndirmək yollarını müzakirə edə bilək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!