Pezeşkiana azərbaycanca yazılan məktub - İran “qarışdı”

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkiana azərbaycanca yazılan məktub - İran “qarışdı”

Dünya

02 Aprel 2025 19:59 2087


Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərməstin İran Prezidenti Məsud Pezeşkiana Azərbaycan dilində məktub yazması barədə xəbər panfarsistlərin etirazına səbəb olub.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial medianin İran seqmentində müzakirələr açılıb.

Millətçi farslar bunu ölkə qanunlarının pozulması və rəsmi dövlət dilinə qarşı saymazlıq kimi dəyərləndiriblər. pizza mizza

Bəhram Sərməst özü bu barədə açıqlama verməsə də, ona yaxın şəxslər və sosial media kanalları belə bir məktubun yazılmadığını bildiriblər.

Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən rəsmi danışıq və yazışmaların fars dilində aparılması vacib olsa da, qeyri-rəsmi danışıq və yazışmaların qeyri-fars dillərində olması qadağan edilməyib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!