Pezeşkiandan QİSAS VƏDİ:   “Laricaninin qanı yerdə qalmayacaq”

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkiandan QİSAS VƏDİ: “Laricaninin qanı yerdə qalmayacaq”

Siyasət

18 Mart 2026 01:57 657


İran Prezidenti Məsud Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlə yetirilməsinə görə cavabdeh tərəflərdən amansız qisas alınacağını bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası məlumat yayıb.

"Əli Laricaninin ölümü son dərəcə kədərli hadisədir. İranın məsum, lakin fədakar müdafiəçilərinin qanına bulaşan hər kəsdən amansız qisas alacağıq. Onun qanı yerdə qalmayacaq", - deyə Pezeşkian bildirib. pizza sifarişi

Qeyd edək ki, Əli Laricaninin ötən gecə İsrailin endirdiyi hava zərbələri nəticəsində öldürüldüyü açıqlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!