Pezeşkianın müavini ev dustağı olan siyasətçi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkianın müavini ev dustağı olan siyasətçi ilə görüşdü

Dünya

31 İyul 2025 14:58 257


Məsud Pezeşkian administrasiyasının üzvlərindən biri 2009-cu ilin yayından ev dustağı olan Mirhüseyn Musəvi ilə görüşüb.

Yenisabah.az ensafnews-a istinadla xəbər verir ki, siyasi dissidentin mənzilinə baş çəkən icraçı vitse-prezident Məhəmməd Cəfər Qaempənah olub.

Hökumət üzvünün Musəvi ilə görüşü saatyarım davam edib. Bu görüşdən əvvəl prezidentliyə keçmiş namizədin 3 dostu ilə təması baş tutub. pizza mizza

Xatırladaq ki, İranın tanınmış siyasətçisi və son baş naziri olan Mirhüseyn Musəvi və xanımı Zəhra Rahnəvənd 16 ildir ki, ev dustağıdır. Onların Tehranın Əxtər küçəsindəki evinə son başçəkmələri bir çoxları siyasi əfvə hazırlıq kimi dəyərləndirir.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!