Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

Siyasət

07 İyul 2024 10:32 513


İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək. 

Axar.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib. 

“Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək”, - deyə ABŞ rəsmisi vurğulayıb.  Pepperoni pizza

Onun sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməyib:

“Eyni zamanda, Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq”. 

O, İrandakı seçkilərin “azad və ədalətli keçirilmədiyini” iddia edib: 

“Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya öz vətəndaşlarının insan haqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!