“Pezident seçilsəm, Məhəmməd adını qadağan edəcəyəm”   - Qalmaqallı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Pezident seçilsəm, Məhəmməd adını qadağan edəcəyəm” - Qalmaqallı açıqlama

Dünya

25 Sentyabr 2021 19:01 2199


2022-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkilərinə namizəd olmağa hazırlaşan ifrat sağçı Erik Zemmur seçiləcəyi təqdirdə ölkədə Məhəmməd adını qadağan edəcəyi vədi verib.

Yenisabah.az xəbər verir ki, namizəd olmaq üçün imza toplamağa başlayan fransız yazıçın namizədliyi hələlik təsdiqlənməyib.

Zemmur çıxışlarında namizəd olub-olmamasından asılı olmayaraq, “Fransa mədəniyyəti və sivilizasiyası”, “qaçqın problemi” və “siyasi İslam” kimi məsələləri gündəmə gətirməyin onun üçün vacib və xoşbəxtlik olduğunu bildirib. Toyuqlu pizza

“Prezident seçilsəm, uşaqlara Məhəmməd kimi müsəlman adlarının verilməsini qadağan edəcəyəm”, - yazıçı qatıldığı bir televiziya proqramında bildirib.

Zemmurun açıqlaması sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb olub./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!