PFL prezidentinin müalicəsi Türkiyədə davam etdiriləcək 

saytların hazırlanması

Evə çatdırılma

PFL prezidentinin müalicəsi Türkiyədə davam etdiriləcək 

İdman

26 Dekabr 2023 16:58 1044


Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov müalicəsini öz istəyilə Türkiyədə davam etdirəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Liv Bona Dea Hospital”ı məlumat yayıb. 

Qeyd olunub ki, tibb müəssisəsində müalicə alan PFL prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin vəziyyəti yaxşıdır: "Elxan Səmədov müalicəsini öz istəyilə Türkiyədə davam etdirəcək".  Dördpendirli pizza

Xatırladaq ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!