PFL rəsmilərinin son durumu: İkisinin vəziyyəti kritikdir

saytların hazırlanması

Evə çatdırılma

PFL rəsmilərinin son durumu: İkisinin vəziyyəti kritikdir

Hadisə

16 Dekabr 2023 15:12 990


“Yaralılardan ikisinin vəziyyəti digərlərinə nisbətən kritikdir”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Bona Dea” xəstəxanasının baş həkimi Cabir Gülmalıyev deyib.

O bildirib ki, səhər saatlarında Xankəndi yolunda avtoqəza keçirən altı nəfər günorta saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasından “Bona Dea”ya gətirilib: pizza mizza

“Yaralılar dərhal aidiyyəti üzrə müvafiq şöbələrə yönləndirilib, dərhal həkim müdaxiləsi edilib. Qəbul edilən yaralılardan ikisinin - Aslan Şahgəldiyev və Elxan Səmədovun vəziyyətləri digərlərinə nisbətən kritikdir. Hər ikisi hazırlıqdan sonra dərhal əməliyyata alınacaq. Digər xəstələrə tibbi müdaxilələr edilib. Tibbi vəziyyətləri stabildir. Onlar stasionar müalicə üçün müvafiq palatalara yerləşdiriliblər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!