PFL vitse-prezidenti xəstəxanadan evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

PFL vitse-prezidenti xəstəxanadan evə buraxıldı

İdman

15 Aprel 2024 12:26 693


Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev xəstəxanadan evə buraxılıb.

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, bu barədə qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat yayıb.

PFL rəsmisi bildirib ki, Aslan Şahgəldiyev müalicəsini davam etdirir. Vitse-prezident fizioterapiya üçün hər gün xəstəxanaya gedir. Sezar pizza

Qurumun prezidenti Elxan Səmədov da fizioterapiya və reabilitasiya proseslərini davam etdirir. Bu proses önümüzdəki bir neçə ay ərzində intensiv şəkildə davam edəcək.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!