Pike: “Futbol üçün darıxmıram“ 

saytların hazırlanması

Evə çatdırılma

Pike: “Futbol üçün darıxmıram“ 

İdman

06 İyul 2023 15:20 1320


"Barselona"nın sabiq futbolçusu, ötən ilin noyabr ayında karyerasını başa vuran Jerar Pike hazırkı həyatından danışıb. 

Yenisabah.az AS-a istinadən xəbər verir ki, o, özünü yaxşı hiss etdiyini deyib: 

“Futbol üçün heç də darıxmıram. Bu keçmiş mərhələdir. Geriyə baxmaq faydasızdır. Hər şey çox yaxşı keçdi, heç futbol xəyalımda da yoxdur. Axı mən həyatımın klubunda ("Barselona"da - red.) çox şey qazandım. Bu mərhələ artıq keçib.  Dördpendirli pizza

İndi idman etməkdənsə, az yeməyə üstünlük verirəm. Bədənimin tələb etdiyi qədər yeyirəm.  Özümü yaxşı hiss edirəm. Mənim fəlsəfəm istədiyimi etməkdir”. 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pike 2004-cü ildə "Mançester Yunayted"ə keçib. İspaniya millisinin sabiq üzvü 2006-cı ildə "Real Saraqosa"ya bir illik icarəyə verilib. 2008-ci ildə isə Kataloniya klubuna qayıdıb və karyerasını başa vuranadək orada oynayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!