Pirşağı çimərliyində balıqların kütləvi ölümü - Video

saytların hazırlanması

Evə çatdırılma

Pirşağı çimərliyində balıqların kütləvi ölümü - Video

Sosial

09 İyul 2019 14:44 1253


Bakının Sabunçu rayonunda, Pirşağı qəsəbəsi ərazisində yerləşən Qızılqum çimərliyində balıqların kütləvi ölümü qeydə alınıb.

"Yeni Sabah" "Baku TV"yə istinadən xəbər verir ki, balıqların kütləvi ölümünə uzaq məsafədən gələn və birbaşa dənizə axıdılan kanalizasiya və çirkab suları yol açıb.

Məsələ ilə bağlı açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı problemdən xəbərdar olduqlarını bildirib.

Onun sözlərinə görə, problemin qarşısını almaq üçün ASC tərəfindən tədbirlər planı hazırlanıb. Planın əsas halqasını Pirşağıdakı bioloji təmizləyici qurğu təşkil edir və işlər gələn il yekunlaşacaq, qurğu istismara veriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!