“Pis vəziyyətdə qalan insanlar var ” – Deputatdan Naxçıvanla bağlı təklif

saytların hazırlanması

Evə çatdırılma

“Pis vəziyyətdə qalan insanlar var ” – Deputatdan Naxçıvanla bağlı təklif

Siyasət

19 May 2020 11:59 841


Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Musatafa Naxçıvan Muxtar Respublikasına gediş-gəliş təmin olunması təklifi ilə çıxış edib. 

Yenisabah.az xəbər verir ki, deputat gediş-gəlişdə ciddi problemlər yarandığını bildirib. “Bu gün pis vəziyyətdə qalan insanlar var. Ona görə təklif edirəm ki, təcili şəkildə 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın. Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər”, - deyə Fazil Mustafa vurğulayıb.

Deputat ensklopediya sahəsində də problemlərin olduğunu dilə gətirib: “Ensklopediya sahəsində bizim problemlərimiz qalmaqdadır. Bu sahəyə çox naşı münasibət var. Bu sahədə nizam yaradılması çox vacibdir”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!