“Pişik Günel“ şikayətləndi:   “İnsanlar etibarsızdır“

saytların hazırlanması

Evə çatdırılma

“Pişik Günel“ şikayətləndi: “İnsanlar etibarsızdır“

Şou

16 Avqust 2021 16:31 1220


"Övladımı heç kimə etibar etməmişəm. Dayəsi də olmayıb. İşimlə bağlı getdiyim zaman da ya atası, ya da nənələri ilə olub. O da ən çox 3-4 saat".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Pişik Günel" ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova sosial şəbəkədə yazıb. Bir neçə gündür anasının rəfiqəsi tərəfindən marketdə döyülən uşağın sosial şəbəkədə yayılan görüntülərinə fikir bildirən ifaçı tənqid olunub. O, ananın uşağını başqasına saxlamağa verməsini qınayıb. İzləyiciləri isə onun bu fikirlərini tənqid edib.

"Yaşadığımız zəmanənin insanları etibarsızdır. Hələ uşağı heç kimə etibar etmək olmaz. Qızım hazırlığa getdiyi zaman belə ya mən, ya da atası sinif otağının qapısında gözləyir. Təəssüflər olsun ki, son zamanlar sosial şəbəkələrdə gördüyümüz vəhşiliklər biz valideynləri belə etməyə məcbur edir" deyə, Günel reaksiya verib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!